“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar ittifaqı üzvləri üçün ekskursiyalar təşkil olunub.

16/06/2026, 12:03
xeber1

Samux rayon Sarıqamış, Köbər və ​Kəsəmən kənd ümumtəhsil məktəblərinin və Samux şəhər 1 saylı, Əhmədbəyli kənd uşaq bağçalarının ittifaq üzvləri üçün Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələrindən olan Göygöl,Qax və Şəki rayonlarına gəzinti-istirahət turu təşkil olunub.

​Səfərin əsas məqsədi gərgin tədris ilindən sonra müəllim və işçi heyətinin asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində birlik və həmrəylik hisslərinin daha da gücləndirilməsi olub. Gəzinti zamanı kollektiv rayonun füsunkar təbiəti, tarixi abidələri və gəzməli yerləri ilə yaxından tanış olub, təmiz dağ havasında xoş və yaddaqalan anlar yaşayıblar.

​Müəllimlərimiz və ittifaq üzvləri göstərilən diqqətə və yüksək səviyyəli təşkilatçılığa görə Həmkarlar İttifaqı təşkilatına dərin təşəkkürlərini bildiriblər. Bu cür sosial aktivliklər kollektivin motivasiyasını artırmaqla yanaşı, növbəti iş dövrlərinə daha gümrah və enerjili başlamağa böyük stimul verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: