“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar ittifaqı üzvlərimizlə görüş keçirildi.

15/12/2025, 19:46
xeber1

Arif Şirinov adına Topbağ kənd ümumi orta məktəbində həmkarlar ittifaqı üzvlərimizlə görüş keçirildi. Görüş zamanı üzvlərimizlə birbaşa dialoqun genişləndirilməsi, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və maarifləndirici təşəbbüslərin artırılması barədə məlumat verildi. Üzvlərimizin rəy və təklifləri dinlənildi.

Görüş çərçivəsində məktəbin müəllimi Babayeva Məhlugə Bəhərçin qızı yubiley yaşı ilə əlaqədar, Məmmədov Bilal Rauf oğlunu isə şagirdi Alışanov Yusif Elbrus oğlunun 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar “Konstitusiya və Suverenlik uşaqların gözü ilə” mövzusunda elan edilmiş uşaq rəsm müsabiqəsində II yer tutması münasibətilə təbrik etdik.Sonda ittifaq üzvlərimiz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə öz təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: