Xəbərlər
Həmkarlar ittifaqı üzvlərimizlə görüş keçirildi.
15/04/2026, 19:44

Qəbələ rayonu Kiçik Əmili kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvlərimizlə “Sağlam psixososial iş mühitinin yaradlmasını təmin edək!” mövzusunda görüş keçirildi. Görüş zamanı üzvlərimizlə birbaşa dialoqun genişləndirilməsi, sağlam və təhlükəsiz iş mühitinin, xüsusilə psixososial rifahın təmin olunması istiqamətində mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb məlumat verildi. Üzvlərimizin rəy və təklifləri dinlənildi.
Tədbir çərçivəsində həmkar üzvümüz, məktəbin riyaziyyat müəllimi Abdullayeva Cəmilə Niyazi qızı yubileyi münasibətiilə təbrik olundu.






