“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar Ittifaqı üzvlərinə "Novruz bağlamaları" təqdim olunub.

19/03/2026, 10:47
xeber1

Novruz bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi tərəfindən rayon üzrə fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan şəhid övladlarına və bir qrup ittifaq üzvlərinə bayram hədiyyələri paylanılıb.

Bayram münasibəti ilə məktəbəqədər təhsil müəssisələrində çalışan üzvlərimiz diqqət və qayğı ilə əhatə olunublar. Hədiyyələrin təqdimatı zamanı milli-mənəvi dəyərlərimizə sadiqlik, birlik və həmrəylik ruhu xüsusi vurğulanıb.

Komitə tərəfindən həyata keçirilən bu təşəbbüs ittifaq üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi bundan sonra da üzvlərinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: