Xəbərlər
Həmkarlar ittifaqı üzvlərinin səmərəli istirahəti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin dəstəyi ilə komitənin xidmətinə daxil olan təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri üçün müxtəlif turlar təşkil olunur.
Tur çərçivəsində ittifaq üzvlərinin həftəsonu günlərində asudə vaxtlarının səmərəli, maraqlı və mənalı təşkili üçün dəstək göstərilir.
Ağcabədi rayon Akif Sultanov adına Kürdlər kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Humay Həmidovanın təşkilatçılığı ilə tur iştirakçıları Qəbələ və İsmayıllı rayonlarının zəngin təbiəti, tarixi və görməli məkanları ilə yaxından tanış olmuş, təbiət qoynunda xoş və yaddaqalan vaxt keçirmiş, gündəlik iş gərginliyindən uzaqlaşaraq mənəvi rahatlıq əldə etmişlər.
Tur iştirakçıları onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ Respublika Komitəsinə minnətdarlıqlarını bildirdilər.






