Xəbərlər
Həmkarlar ittifaqı üzvlərinin səmərəli istirahəti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin dəstəyi ilə təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə mütəmadi olaraq müxtəlif tur və ekskursiyalar təşkil olunur.
Bu çərçivədə Ağcabədi rayon Aran 1 və Aran 3 nömrəli körpələr evi–uşaq bağçalarının həmkarlar ittifaqı üzvləri üçün Qax şəhərinə birgünlük tur təşkil edilib.
Tur iştirakçıları Qaxın zəngin təbiəti, tarixi və görməli məkanları ilə yaxından tanış olub, təbiət qoynunda xoş və yaddaqalan istirahət edərək gündəlik iş gərginliyindən uzaqlaşıb mənəvi rahatlıq əldə ediblər.
Tur iştirakçıları onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.















