Xəbərlər
Həmkarlar Təşkilatının əsas fəaliyyət istiqamətləri

Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Həmkarlar Təşkilatının sədri Hacıyeva Nuridə Elxan qızı kollektivdə həmrəyliyin, birlik və komanda ruhunun möhkəmləndirilməsi, əməkdaşların sosial rifahının və motivasiyasının artırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
İl ərzində məktəb müəllimləri və texniki heyətlə müxtəlif tədbirlərin, mədəni-kütləvi proqramların, ekskursiya və istirahət turlarının təşkili xüsusi diqqət mərkəzində saxlanılır.
Həmkarlar İttifaqı üzvlərinin istirahət imkanlarının genişləndirilməsi istiqamətində də məqsədyönlü iş aparılır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışların (putyovkaların) əldə olunması ilə bağlı üzvlər arasında mütəmadi məlumatlandırma və müzakirələr aparılır.
Rəqəmsal platforma vasitəsilə yollayışlara müraciət prosesində şəffaflığın, əlçatanlığın və operativliyin təmin olunmasına xüsusi diqqət yetirilir.
Bu istiqamətdə göstərdiyi fəaliyyətə, kollektivə diqqət və qayğı ilə yanaşmasına görə Hacıyeva Nuridə Elxan qızına təşəkkür edir, Həmkarlar İttifaqı Təşkilatının fəaliyyətində ona yeni uğurlar arzulayırıq!
Uğurlarınız davamlı olsun, Nuridə müəllim!
















