Xəbərlər
Həmkarlar Təşkilatının fəaliyyəti

Güclü həmkarlar təşkilatı – həmrəylik, birlik və əməkdaşlıq deməkdir!
Zeynalova Afət Uşaq Gənclər İnkişaf Mərkəzinin həmkarlar təşkilatının sədri kimi kollektivin hüquq və mənafelərinin qorunmasına, əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsinə və sağlam iş mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirir.
Onun fəaliyyətinin əsas istiqamətlərindən biri həmkarlar ittifaqı üzvlərinin sosial rifahının və istirahətinin təmin olunması, müxtəlif mədəni-kütləvi və ictimai tədbirlərin təşkilinə dəstək göstərilməsi, kollektiv üzvlərinin müraciət və problemlərinə həssas yanaşılmasıdır.
Zeynalova Afət həmkarlar ittifaqının imkanlarından səmərəli istifadə edərək üzvlərin istirahətinin təşkili, onların hüquqlarının müdafiəsi və kollektivdə qarşılıqlı hörmət, birlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Əməkdaşlıq, həmrəylik və qayğı – onun fəaliyyətinin əsas prinsipləridir!
ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq Afət müəllimə cansağlığı, həmkarlar İttifaqının fəaliyyətində uğurlar arzulayırıq!











