Xəbərlər
Həmkarlar Təşkilatının üzvləri ilə görüş

Ağcabədi şəhər Şirin Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbin həmkarlar təşkilatının sədri Məmmədov Mehdi Əli oğlunun təşkilatçılığı ilə ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, yollayışların elektron sistem üzərindən qeydiyyatı, məktəb həmkarlar təşkilatının funksiyaları, eləcə də mədəni-kütləvi tədbirlərin və idman yarışlarının təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumatın çatdırılması olmuşdur. Görüş zamanı ittifaq üzvlərini maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətlər dinlənilib.
Məktəbdə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan, uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş Aslanova Şəhla müəllimin 65 illik yubileyi münasibətilə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərman təqdim olunub.










