“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar Təşkilatının vəzifə öhdəlikləri!

12/03/2026, 11:08
xeber1

Həmkarlar Təşkilatının vəzifə öhdəlikləri!

ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı Şahin Məhərrəmov adına Qaravəli kənd tam orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri Sadıqov Əli Bəhrəm oğlu Həmkarlar təşkilatının vəzifə öhdəlikləri haqqında ittifaq üzvülərinə geniş məlumat verdi.

Kollektivdə həmkarlar təşkilatı üzvülərinin hüquq və mənafelərini qorumaq ,əmək münasibətlərini tənzimləmək, iş yerlərində təhlükəsizlik və sağlamlıq qaydalarına riayət olunmasına nəzarət etmək,bayram tədbirləri, idman və mədəni proqramlar təşkil etmək ,üzvülərin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarət olduğunu bildirdi.

Məktəblərin kollektivi Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirərək, son illərdə aparılan islahatlara, həyata keçirilən yeniliklərə görə

Respublika Komitəsinə minnətdarlıqlarını bildirdilər. Bu cür görüşlərin ucqar kənd məktəblərində çalışan təhsil işçiləri üçün mühüm əhəmiyyət daşıdığı vurğulandı.

Sonda bir qrup müəllim vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiklərinə görə ETİHİ Ağcabədi Rayon Komtəsi tərəfindən fəxri fərmanla təltif edildi.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: