Xəbərlər
HƏMKARLAR TƏŞKİLATI ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin nümayəndələri tərəfindən Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində 15 Sentyabr – Bilik Günü münasibətilə həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüş zamanı əmək münasibətlərində işçilərin hüquq və vəzifələri, əmək qanunvericiliyinin tələblərinə riayət olunması, təhsil müəssisələrində müxtəlif mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, həmçinin həmkarlar ittifaqı üzvlərinin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.
Görüşün yekun hissəsində vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, fəaliyyətlərində uğur qazanan və ictimai fəallıq göstərən həmkarlar ittifaqı üzvlərinin nailiyyətləri diqqətə çatdırılıb.
Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində çalışan, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, sertifikasiya imtahanında 53 bal nəticə göstərən və idman sahəsində yüksək nailiyyətlər əldə edən Həsənov Elgün Ələsgər oğlu əldə etdiyi uğurlar münasibətilə təbrik edildi
Həmçinin məktəbin ingilis dili müəllimi Abbasova Fəridə Tariyel qızının övladının yüksək nəticə göstərərək ali məktəbə qəbul olması münasibətilə təbriklər çatdırılıb.
Bununla yanaşı, Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Həmkarlar Təşkilatının sədri Hacıyeva Nuridə Elxan qızının ilk ibtidai sinif müəllimi kimi fəaliyyətə başlaması münasibətilə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olundu.
Görüş qarşılıqlı fikir mübadiləsi və həmkarlar ittifaqı üzvlərinin fəaliyyətinə verilən yüksək dəyər şəraitində başa çatıb.
















