“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

HƏMKARLAR İTTİFAQI ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

06/11/2026, 17:33
xeber1

Ağcabədi rayonunun 114 yaşlı təhsil ocağı – Cəlil Məmmədquluzadə adına Kəhrizli kənd tam orta ümumtəhsil məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.

Görüş zamanı əmək münasibətlərində işçilərin hüquq və vəzifələri, əmək qanunvericiliyinin tələblərinə riayət olunması, təhsil müəssisələrində mədəni-kütləvi tədbirlərin təşkili, həmçinin həmkarlar ittifaqı üzvlərinin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində geniş müzakirələr aparıldı.

Görüşdə məktəbin həmkarlar ittifaqı üzvlərinə ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirilən “Zəfərin mübarək, Vətən oğlu!” adlı layihə haqqında da məlumat verild.

Bildirilib ki, layihənin əsas məqsədi Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüşlər keçirmək, onların döyüş yollarını və qəhrəmanlıq nümunələrini gənc nəslə tanıtmaq, vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.

Layihə çərçivəsində Cəlil Məmmədquluzadə adına Kəhrizli kənd tam orta ümumtəhsil məktəbində çalışan, gənclərin çağırışaqədərki hazırlığı müəllimi, Vətən müharibəsi iştirakçısı Cəfərov Süleyman Cəfər oğlu və texniki işçi Süleymanov Asəf Eyvaz oğlu 8 Noyabr – Zəfər Günü münasibətilə fəxri fərmanla təltif ediliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: