“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

📚HƏMKARLAR İTTİFAQI ÜZVÜLƏR İLƏ GÖRÜŞ.

12/04/2026, 07:39
xeber1

Ağcabədi Rayon Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbin həmkarlar təşkilatı üzvüləri ilə görüş təşkil edildi.

Təşkil olunan səyyar görüşdə ilk olaraq vətənin azadlığı və müstəqilliyi uğrunda şəhid olan oğulların məzarları yad edildi.

Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, yollayışların elektron sistem üzərindən qeydiyyatı, məktəb həmkarlar təşkilatının funksiyaları, mədəni-kütləvi tədbirlərin təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumatın çatdırılması oldu.

R. İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbinin göstəricilərinə nəzər saldıqda,11-ci sinif şagirdi Əhmədov Seymur coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsində 72.5 bal toplayaraq final mərhələsinə vəsiqə qazanması,məktəbdə təhsil prosesinin səmərəli təşkili, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət, eləcə vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirən, sertifikasiya imtahanlarında yüksək nəticələr qazanan bir qrup müəllimin;

1.Əhmədov Daşqın Şamil

2.Eyvazov Aydın Qismət

3.Hüseynova İlhamə İman

4.Əhmədova Nailə Xəmməd

5.İsgəndərova Güllü İsrafil

ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edilməsidir.

Tədris ilinin sonunadək 65 yaş həddi ilə əmək müqaviləsinə xitam veriləcək İsgəndərova Güllü müəllimin məktəbdə təşkil olunan əl işləri ilə tanış olduq.

İttifaq üzvüləri ilə səmimi görüş çay süfrəsi arxasında davam etdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: