“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

HƏMKARLAR İTTİFAQI ÜZVÜLƏRİ ŞƏKİ ŞƏHƏRİNDƏ OLDU

31/08/2026, 16:13
xeber1

Ağcabədi rayon Vidadi Məlikov adına Minəxorlu kənd tam orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri Qurbanova Sədaqət Sevdimalı qızı təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri üçün Şəki şəhərinə bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi əmək məzuniyyətində olan müəllim və texniki işçilərin istirahətinin səmərəli təşkil edilməsi, Şəki şəhərinin tarixi abidələri , dahi şəxslərin ev muzeyləri ilə tanış olmaq ,aparılan genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olmalarıdır.

Məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya, istirahətin və asudə vaxtın səmərəli təşkilinə yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ETİHİ) təşəkkürünü bildirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: