“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi

16/09/2026, 22:48
xeber1

Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi.

 ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ilk Həmkarlar İttifaqı təşkilatının ümumi yığıncağı keçirildi. 

 Yığıncaqda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollec ilk həmkarlar ittifaqı təşkilatının son bir ildə gördüyü işlər təşkilatın sədr müavini tərəfindən səsləndirildi.Qeyd olundu ki son bir ildə ailə vəziyyəti və digər səbəbdən ərizə ilə müraciət etmiş ittifaq üzvlərinin əksəriyyətinə rayon komitəsi tərəfindən maddi yardım verilmiş,şəhid olmuş kollec tələbələrin ailələrilə görüşlər keçirilib köməkliklər göstərilmiş, mədəni kütləvi və idman tədbirləri keçirilmiş və qaliblər mükafatlandırılmış , müəllimlərin və tələbələrin asudə vaxtlarını və istirahətlərinin səmərəli təşkil olunması təşkil olunmiuşdur. Nabran Təhsil İstirahət mərkəzində müəllim və tələbələrin istirahətlərinin təşkil olunması üçün rayon komitəsinə müraciət edilmiş və müsbət cavab alınmışdır. Bu istirahətlərin təşkilində yardımçı olduğuna görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə xüsusi minnətdarlıq olundu.  

 Görüşdə çıxış edən Rayon Komitə sədri Hafiz Kərimov ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını kollecin əməkdaşlarına çatdırdı, onları yeni tədris ilinin başlanılması münasibətilə təbrik edərək uğurlar və yeni nailiyyətlər arzuladı.O, həmçinin həmkarlar ittifaqına üzv olan tələbələrin sayının az olmasını, bu tədris ilində ödənişli tələbələrin üzvliyə qəbul olmasının vacibliyini bir daha rəhbərliyə və təşkilat sədrinə bildirdi. 

Görüş çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Həmkarlar İttifaqı təşkilatının sədri işləyən Çingiz Aslanovun yaş həddi ilə əlaqədar əmək müqaviləsi rəhbərlik tərəfindən növbəti iı üçün uzadıldığından onun həmkarlar təşkilatına sədr səlahiyyətinin də artırılması müzakirəyə çıxarıldı. Ç. Aslanovun həmkarların sədri kimi işinin öhdəsindən ləyaqətlə gəldiyini və kollektivdə böyük hörmət qazandığını nəzərə alaraq yekdillliklə səsvermə ilə ona növbəti bir il üçün sədr səlahiyyəti verildi. Daha sonra ittifaq üzvlərini maraqlandıran suallar Rayon Komitəsinin sədri tərəfindən ətraflı cavablandırıldı.

Kollec ilk həmkarlar ittifaqı təşkilatının sədri Çingiz Aslanovu səlahiyyət müddətinin artırılması münasibətilə təbrik edir, fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: