“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar İttifaqı üzvləri üçün bir günlük ekskursiya

27/06/2026, 16:47
xeber1

Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin həmkarlar təşkilatının sədri Quliyeva Vüsalə Həsən qızının təşkilatçılığı ilə məktəbin həmkarlar ittifaqı üzvləri üçün Qax şəhərinə birgünlük ekskursiya təşkil olunub.

Məktəbin direktoru Quliyeva Mətanət Seymur qızı qeyd edib ki, tədris ilini yüksək nəticələrlə başa vuran müəllim və texniki heyətin asudə vaxtının səmərəli təşkili, kollektivdə birlik və komanda ruhunun möhkəmləndirilməsi, eləcə də əməkdaşların motivasiyasının artırılması məqsədilə təşkil olunan bu səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.

Ekskursiya zamanı iştirakçılar Qax rayonunun füsunkar təbiəti, zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. Tur çərçivəsində həmkarlar ittifaqı üzvlərinin hazırladıqları bədii-əyləncəli proqram iştirakçılarda xoş ovqat yaradıb, maraqla qarşılanıb və səmimi ab-havası ilə yadda qalıb.

Səfər iştirakçılar üçün xoş istirahət, yeni təəssüratlar və kollektiv həmrəyliyinin daha da möhkəmlənməsi baxımından yaddaqalan olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: