Xəbərlər
Həmkarlar İttifaqı üzvlərinin istirahəti təşkil olunub.

Həftəsonu həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkili məqsədilə Ağcabədi Rayon Rabil Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının üzvləri üçün Qəbələ–İsmayıllı istiqamətində bir günlük tur təşkil olunub.
Tur çərçivəsində müəllimlərin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yüksəldilməsi və kollektiv arasında həmrəyliyin möhkəmləndirilməsi məqsədi diqqət mərkəzində saxlanılıb.
Bir günlük səfər zamanı müəllimlərə göstərilən diqqət və qayğıya görə məktəbin direktoru Behbudov Tapdıq Mahmud oğlu çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, ETİHİ Respublika Komitəsinə təşəkkürünü bildirib. O, həmçinin ölkəmizin azadlığı və müstəqilliyi uğrunda qətiyyətlə çalışan, xalqımıza qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.










