Xəbərlər
Həmkarlar İttifaqı üzvlərinin istirahətinin səmərəli təşkili

Ağcabədi Rayon 8 nömrəli körpələr evi–uşaq bağçasının həmkarlar təşkilatının üzvləri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər edərək həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə tanış olublar.
Səfərin əsas məqsədi həftəsonu həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkili, onların asudə vaxtlarının daha faydalı və mənalı keçirilməsinin təmin edilməsi olub.
Bir günlük tur çərçivəsində iştirakçılar həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildiriblər.















