“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar İttifaqı üzvlərinin istirahətinin səmərəli təşkili.

19/06/2026, 15:30
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Göyüş Qarayev adına Mustafaağalı kəndi tam orta ümumtəhsil məktəbinın kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi olub.

Səfər iştirakçıları Qəbələ və İsmayıllının gözəl təbiəti, tarixi-mədəni məkanları və füsunkar mənzərələri ilə tanış olaraq xoş və unudulmaz anlar yaşayıblar.

Kollektiv onlar üçün yaradılan bu şəraitə görə təşəkkürünü bildirib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: