Xəbərlər
Həmkarlar İttifaqı üzvlərinin istirahətinin səmərəli təşkili
29/06/2026, 16:13

ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Cəfərbəyli kənd tam orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri-Əliyeva Lamiyyə Ələkbər qızının təşkilatçılığı ilə Göygöl şəhərinə gəzinti turu təşkil edilib.
Səfərin əsas məqsədi həftəsonu həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkili, onların asudə vaxtlarının daha faydalı keçirilməsinin təmin olunmasıdır.
Bir günlük tur çərçivəsində iştirakçılar həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.









