“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar İttifaqı üzvlərinin səmərəli istirahəti davam edir

06/08/2026, 15:37
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin və sosial rifahının təmin olunması məqsədilə may, iyun və iyul aylarında bir sıra maraqlı mədəni-kütləvi tədbirlər və müxtəlif istiqamətlərə ekskursiya və turlar təşkil edilib.

Turlar çərçivəsində həmkarlar ittifaqı üzvləri respublikamızın tarixi-mədəni irsi, zəngin təbiəti və füsunkar guşələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Aparılan son hesablamalara əsasən, iyul aylarınadək 544 nəfər həmkarlar ittifaqı üzvü təşkil olunan turlarda iştirak edib.

Hazırda da həmkarlar ittifaqı üzvləri üçün müxtəlif istiqamətlərə turların təşkili davam etdirilir. Eyni zamanda üzvlərin sanatoriya-kurort və istirahət mərkəzlərində səmərəli istirahətinin təşkili istiqamətində tədbirlər həyata keçirilir.

İl ərzində Komitə tərəfindən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərlə görüşlər, Əməkdar müəllim Zəhra İbrahimova ilə görüş, müəllimlər arasında şahmat yarışları, eləcə də təhsil müəssisələrində həmkarlar ittifaqı üzvləri ilə görüşlər və digər sosial-mədəni tədbirlər təşkil olunur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: