Xəbərlər
Həmkarlar İttifaqına daxil olaraq İsmayıllı şəhəri internat tipli Talıstan liseyi təhsil müəssisəsində fəailiyyətə başlamışlar.

ETİHİ İsmayıllı Rayon Komitəsində yeni ilk Həmkarlar İttifaqı təşkilatı yaradıldı. Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə avqust ayında açılışı olmuş müasir standartlara cavab verən yeni təhsil müəssisəsində 40 nəfərdən çox təhsil işçiləri Həmkarlar İttifaqına daxil olaraq İsmayıllı şəhəri internat tipli Talıstan liseyi təhsil müəssisəsində fəailiyyətə başlamışlar.
Bu təhsil müəssisəsində ətraf rayonlarla birlikdə 200 nəfərdən çox istedadlı şagirdlər 6, 7, 8 -siniflərə müsabiqə yolu ilə qəbul olub təhsil alırlar. Yataqxana və yemək verilməsilə bağlı son tamamlama işləri başa çatdıqdan sonra şagirdlərin sayının artması istisna deyildir.
Liseydə tədris edən müəllimlərin sertifikasiya balları 51 - dən yuxarıdır. Lisey kollektivinin bu gün keçirilən Həmkarlar İttifaqı ümumi yığıncağında ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak edərək ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin səmimi salamlarını ittifaq üzvlərinə çatdırdı. O, son dövrdə AHİK və Respublika Komitəsinin gördüyü işlərdən, həyata keçirdiyi çoxsaylı layihələr haqqında geniş məlumat verdi.
Yeni yaradılacaq Həmkarlar İttifaqı ilk təşkilatın ittifaq üzvlərin sosial iqtisadi hüquqlarının qorunması, kütləvi tədbirlərin təşkil olunması, sağlamlığı və istirahətinin təşkil olunması sahəsində görəcəyi işlər haqqında məlumat verdi. İclasa sədrlik edən liseyin direktoru Elçin Məmmədov gündəlikdə olan məsələlər, yeni tərkibin seçilməsi haqqında təlimatı kollektiv üzvlərinə çatdırdı.
Çıxış edən qabaqcıl müəllimlər Ülvi Osmanlı, Xəzri Muadov, Orxan Əhmədov yeni yaradılmış liseydə problemlərdən, qarşıda duran vəzifələrdən danışdılar və təşkilatın işinə uğurlar arzuladılar. Səsvermə nəticəsində 5 nəfərdən ibarət komitə üzvləri və Aytəkin Əhmədova təşkilatın sədri seçildi.
Sonra komitənin təftiş komissiyası və müvafiq komissiyaların üzvləri seçilərək qarşıda duran vəzifələr müəyyən edildi. Yeni yaradılmış Həmkarlar İttifaqı təşkilatını və seçilmiş komitə üzvlərini təbrik edirik, ittifaq üzvlərinin sosial ,iqtisadi hüquqlarının qorunmasında, sağlamlığı , iş şəraitinin yaxşılaşdırılması sahəsində görəcəyi işlərdə uğurlar arzulayırıq.







