“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar İttifaqından növbəti ekskursiya.

20/07/2026, 17:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 4 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Qəbələ–Şəki ekskursiyası təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 4 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Qəbələ və Şəki rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının dəstəklənməsi, mənəvi istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində iştirakçılar Qəbələ və Şəki rayonlarının zəngin təbiəti, tarixi-mədəni irsi və görməli məkanları ilə yaxından tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar.

Ekskursiya iştirakçıları onlar üçün yaradılan bu maraqlı istirahət və səyahət imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial yönümlü tədbirlərin gələcəkdə də davam etdirilməsini arzulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: