“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlar İttifaqının təşkilatçılığı ilə müəllimlər üçün birgünlük ekskursiya.

13/07/2026, 14:55
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayon Kələntərli kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Qax və Zaqatala rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər çərçivəsində iştirakçılar Qax və Zaqatala rayonlarının görməli və tarixi məkanlarını ziyarət edib, bölgənin füsunkar təbiəti və turizm potensialı ilə tanış olublar. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və onlarda xoş təəssüratlar yaradıb.

Təhsil işçiləri onlar üçün yaradılan bu səmərəli istirahət imkanına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: