Xəbərlər
Həmkarlar İttifaqının üzvləri asudə vaxtlarını səmərəli istirahətlə dəyərləndirirlər
08/07/2026, 10:21

Həmkarlar İttifaqının təşkilatçılığı ilə əməkdaşlarımız ölkəmizin müxtəlif rayonlarına istirahət səfərlərində iştirak edərək xoş və yaddaqalan günlər keçiriblər. Gözəl təbiət mənzərələri, maraqlı görüşlər və səmimi ünsiyyət iştirakçılara həm dincəlmək, həm də yeni enerji toplamaq imkanı yaradıb. 119 saylı uşaq bağçasının kollektivi üçün bu gəzinti çox yaddaqalan olub. Asudə vaxtın səmərəli təşkili əməkdaşların sosial rifahının yüksəldilməsinə, kollektivdə həmrəyliyin güclənməsinə və iş fəaliyyətində daha yüksək motivasiyanın formalaşmasına xidmət edir.



