“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlarımızın asudə vaxtının səmərəli təşkili istiqamətində növbəti addım

30/06/2026, 14:33
xeber1

ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlarımızdan olan Zəngi liseyinin və Kimya-biologiya təmayüllü məktəbin kollektivləri üçün növbəti unudulmaz istirahət proqramları təşkil olunub.

Müəllim və əməkdaşlarımız təbiətin gözəl guşələrindən olan Astara və İsmayıllı rayonlarına səfər edərək gündəlik iş qayğılarından uzaqlaşıb, səmimi ünsiyyət, xoş anlar və yüksək əhval-ruhiyyə ilə dolu istirahət günü keçiriblər.

Təşkil olunan səfərlər kollektivlərdə həmrəyliyin və birlik ruhunun daha da möhkəmlənməsinə, həmkarlar arasında dostluq və qarşılıqlı dəstək münasibətlərinin inkişafına mühüm töhfə verib.

Belə tədbirlər əməkdaşların sosial rifahının yüksəldilməsi, onların motivasiyasının artırılması və yeni iş dövrünə daha yüksək enerji və ruh yüksəkliyi ilə başlamaları baxımından xüsusi əhəmiyyət daşıyır.

ETİHİ Nizami Rayon Komitəsi olaraq bütün həmkarlarımıza xoş istirahət, möhkəm cansağlığı və fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: