“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həmkarlarla unudulmaz gün

19/10/2026, 12:17
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə üzvlərin asudə vaxtlarının səmərəli təşkili, onların gündəlik iş qayğılarından uzaqlaşaraq xoş və yaddaqalan anlar yaşamaları məqsədilə gəzinti təşkil olunub.

Gəzinti iştirakçılar arasında səmimi ünsiyyətin möhkəmlənməsinə, kollektiv həmrəyliyin güclənməsinə və xoş əhval-ruhiyyənin yaranmasına şərait yaradıb. İştirakçılar birlikdə vaxt keçirərək istirahət etmək, təəssüratlarını bölüşmək və xoş xatirələr qazanmaq imkanı əldə ediblər.

ETİHİ Nizami Rayon Komitəsi üzvlərin sosial rifahının yüksəldilməsinə, asudə vaxtlarının mənalı təşkilinə və həmkarlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə yönələn tədbirlərin təşkilinə xüsusi önəm verir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: