Xəbərlər
Həmrəylik Günü
26/12/2025, 17:35
26 dekabr 2025 ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbin akt zalında "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il"münasibətilə tədbir keçirildi.Tədbirdə rayon komitəsinin sədri Alı Məmmədov çıxış edərək Respublika Komitəsinin rəhbərliyi və rayon komitəsi adından ittifaq üzvlərini təbrik etdi.Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Respublika Rəhbərliyinə və rayon komitəsinə öz minnətdarlıqlarını bildirdilər.Tədbirin sonunda 192 nəfər ittifaq üzvünə qiymətli hədiyyə təqdim olundu.






