Xəbərlər
Həmrəylik və Hüquqi Maarifləndirmə İstiqamətində Növbəti Addım

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətləri, üzvlərin hüquq və vəzifələri, sosial təminat imkanları, maddi yardım və istirahət proqramları, eləcə də əmək münasibətlərində işçilərin qanunla qorunan hüquqları barədə ətraflı məlumat təqdim olunub. Qanunvericiliyin tətbiqi qaydaları, işçilərin hüquqlarının müdafiə vasitələri və kollektiv həmrəyliyin əhəmiyyəti xüsusi vurğulanıb.
Məktəbin kollektivi görüşdə fəal iştirak edərək onları maraqlandıran məsələlər ətrafında suallar ünvanlayıb, praktiki izah və tövsiyələr əldə edib. Tədbir qarşılıqlı fikir mübadiləsi və açıq dialoq şəraitində keçirilib.
Yasamal Rayon Komitəsi bundan sonra da maarifləndirici görüşləri ardıcıl şəkildə davam etdirərək, həmkarların hüquqlarının etibarlı müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcək.









