“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həqiqət Məmmədovanın çalışmanın son yaş həddinə çatması münasibətilə 65 illik yubiley tədbiri keçirildi

06/10/2026, 15:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Həqiqət Məmmədovanın çalışmanın son yaş həddinə çatması münasibətilə 65 illik yubiley tədbiri keçirildi. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektuv üzvləri iştirak etdilər. Ömrünün 40 ilindən çoxunu fidan balaların təhsil almasına, onlara əlifba hərflərinin öyrədilməsindən tutmuş riyazi əməlləri yerinə yetirmək bacarığını aşılayan, sonradan daha yaxşı təhsil almaları üçün fundamental bilik bacarıq bazasını yaradan Həqiqət müəllimə haqqında kollektiv üzvləri və qonaqlar xoş xatirələrini bölüşdülər. Öz səmimiliyi ilə şagirdlərin və kollektivin dərin hörmətini , məhəbbətini qazanan Həqiqət Məmmədova uzun müddət təhsildə səmərəli pedaqoji fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsilə mükafatlandırıldı.

Rayonun təhsil İctimaiyyəti adından Həqiqət müəlliməni yubiley yaşının tamam olması münasibətilə ürəkdən təbrik edirik, sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: