Xəbərlər
Hər il 28 aprel tarixində dünyada Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunur
28/04/2026, 19:32

Hər il 28 aprel tarixində dünyada Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunur. Bu əlamətdar gün iş yerlərində təhlükəsizliyin təmin olunması, əməkdaşların sağlamlığının qorunması və sağlam iş mühitinin formalaşdırılmasının vacibliyini bir daha önə çıxarır.
ETİHİ Nərimanov Rayon Komitəsi olaraq inanırıq ki, təhlükəsiz əmək şəraiti yalnız qanuni tələb deyil, həm də insan əməyinə verilən dəyərin göstəricisidir. Sağlam kollektiv, güclü təşkilat və uğurlu gələcək məhz buradan başlayır.
Bütün əmək insanlarını təbrik edir, fəaliyyətlərində təhlükəsizlik, sağlamlıq və uğurlar arzulayırıq!



