Xəbərlər
Hər il 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir

"Layiqli Əmək günü " münasibətil ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatı S.Vurğun adına tam orta ümumtəhsil məktəbində tədbir keçirilibTədbirdə məktəbin ilk həmkarlar ittifaqı təşkilat sədri Həsənova Təranə və məktəb kollektivi iştirak edib.Tədbirdə İlk həmkarlar ittifaqı təşkilat sədri çıxış edərək bildiriblər ki,Layiqli əmək-səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin,şəxsi inkişaf üçün daha yaxşı imkanların ,sosial inteqrasiyasının,kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir.
Hər il 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir.Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Beynəlxalq əmək təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Layiqli əmək deyiləndə ilk olaraq əmək haqqı,iş yerlərində işçilərə yaradılan şərait və texniki təhlükəsizlik qaydaları,sağlam mühit nəzərdə tutulur.





