Xəbərlər
Hər il 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilr

Hər il 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir.Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Beynəlxalq əmək təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Layiqli əmək deyiləndə ilk olaraq əmək haqqı,iş yerlərində işçilərə yaradılan şərait və texniki təhlükəsizlik qaydaları,sağlam mühit nəzərdə tutulur.
"Layiqli Əmək günü " münasibətil ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatı M.Ə.Sabir adına tam orta ümumtəhsil məktəbində tədbir keçirilibTədbirdə məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavinləri, ilk həmkarlar ittifaqı təşkilat sədri Yusifova Cəmilə və məktəb kollektivi iştirak edib. İlk həmkarlar ittifaqı təşkilat sədri çıxış edərək qeyd edib ki, ,Layiqli əmək-səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin,şəxsi inkişaf üçün daha yaxşı imkanların ,sosial inteqrasiyasının,kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir.




