Xəbərlər
Hərbi rəhbər təltif olundu.
Bərdə rayonu Göyüş Qarayev adına Mustafaağalı kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri Abdullayev Mahir Cuma oğlunun 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə Mahir müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, o, öz peşəsinə məsuliyyətlə yanaşaraq şagirdlərin hərbi biliklərə yiyələnməsində mühüm rol oynamışdır.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Mahir müəllimə fəxri fərman və qiymətli hədiyyə təqdim edilmiş, ona gələcək fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzu olunmuşdur.




