Xəbərlər
Hərbi rəhbərlərlə görüş

11 sentyabr 2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin təşkilatçılığı ilə 252 nömrəli məktəb-liseyin akt zalında Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri və ilk təşkilat sədrlərinin iştirakı ilə geniş yığıncaq keçirildi.
Yığıncaqda Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edirdi.
Rayon Komitəsinin sədri Alı Məmmədov son bir il ərzində görülən işlər barədə geniş məlumat verdi. Yeni dərs ilində Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Sabunçu Rayon Komitəsinin gələcək fəaliyyət planı haqqında məlumat verildi.
Bir qrup Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin Respublika Komitəsinə narazılıq müraciətinə uyğun olaraq müzakirələr aparıldı.Çıxış edən Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri və təşkilat sədrləri görülmüş işlər haqqında məlumat verdilər və fəaliyyətin dahada genişləndirilməsi üçün əllərindən gələni edəcəklərinə söz verdilər.
Yığıncağın sonunda Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çoxsaylı suallara cavab verdi və Komitənin fəaliyyətindən danışdı.Toplantı iştirakçıları Respublika Komitəsinin son dövrlər apardığı məqsədyönlü işlərə görə Komitənin sədri Araz Paşayeva təşəkkürlərini bildirdilər.
#ETİHİ RK
#ETİHİ Sabunçu RK







