“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Hesabat-seçki yığıncağı

29/04/2026, 10:53
xeber1

ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Mobil Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbində həmkarlar təşkilatının növbədənkənar hesabat-seçki yığıncağı keçirildi.

İttifaq üzvləri çıxışlarında bildirdilər ki, yeni sədrin seçilməsində əsas məqsəd həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsinin təmin olunması, yollayışların elektron sistem üzərindən qeydiyyatı, məktəb həmkarlar təşkilatının funksiyaları, həmçinin mədəni-kütləvi tədbirlərin və idman yarışlarının təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumatların çatdırılmasıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən operativliyin və şəffaflığın təmin olunması məqsədilə yollayışların verilməsi “e-ahik.az” Sanatoriya-Kurort Elektron Rezervasiya sistemi vasitəsilə həyata keçirilir və bu proses yerlərdə operativ şəkildə icra olunmalıdır.

İttifaq üzvlərini maraqlandıran suallar cavablandırıldı, təklif və müraciətlər dinlənildi.

Seçki prosesi demokratik prinsiplər əsasında, açıq səsvermə yolu ilə keçirildi. Səsvermənin nəticəsinə əsasən, səs çoxluğu ilə Mobil Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının yeni sədri Şükürova Aygün Natiq qızı seçildi.

Məktəbin həmkarlar təşkilatında uzun müddət sədr vəzifəsində çalışmış ,səmərəli fəaliyyəti ilə fərqlənmiş Usubov Nurəddin Nüsrət oğlu ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildi və

yeni seçilmiş həmkarlar təşkilatının sədrini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: