“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İ.Həsənov adına şəhər 1 nömrəli və şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəblərində Xocalı faciəsinin 34 -cü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

25/02/2026, 21:45
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatları E. Məmmədov adına şəhər 3 nömrəli məktəb liseydə , İ. Həsənov adına şəhər 1 nömrəli və şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəblərində Xocalı faciəsinin 34 -cü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov , şəhid ailələri və məktəb kollektivləri iştirak etdilər. Xocalı faciəsində və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Çıxış edən natiqlər qeyd etdilər ki, Xocalı soyqırımı Azərbaycanın yaddaşında ən ağır və ən ağrılı səhifələrindən biri kimi həkk olunub. Xocalı təkcə bir şəhərin faciəsi deyil, bir millətin yarasıdır. 613 günahsız insanın xatirəsi qarşısında baş əyir, şəhidlərimizi ehtiramla yad edirik. 

 Məktəblilərin ifasında Xocalı faciəsinə,şəhidlərə aid şeirlər, kompozisiyalar səsləndirildi. 

 Xocalını unutmadıq, unutmayacağıq, unutdurmayacağıq.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: