Xəbərlər
Həsənqaya kənd körpələr evi–uşaq bağçasının kollektivi üçün İsmayıllı–Qəbələ ekskursiyası təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri Həsənqaya kənd körpələr evi–uşaq bağçasının kollektivi üçün İsmayıllı və Qəbələ rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi, eləcə də onların mənəvi istirahətinin təmin edilməsi olub.
Səfər çərçivəsində iştirakçılar İsmayıllı və Qəbələ rayonlarının zəngin təbiəti, tarixi-mədəni məkanları və gözəl mənzərələri ilə tanış olublar. Kollektiv üçün maraqlı və yaddaqalan anlarla yadda qalan ekskursiya xoş təəssüratlarla başa çatıb.
Körpələr evi–uşaq bağçasının kollektivi göstərilən diqqət və qayğıya, ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.
Bu cür tədbirlər təhsil işçilərinin sosial-mədəni fəallığının artırılmasına, kollektiv münasibətlərin möhkəmləndirilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.



