“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həsənsu körpələr evi–uşaq bağçasında kollektivlə görüş keçirildi

07/05/2026, 19:32
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Həsənsu körpələr evi–uşaq bağçasında kollektivlə görüş keçirildi. Görüş zamanı müəssisənin əməkdaşları ilə səmimi söhbətlər aparıldı, onların fikir və təklifləri dinlənildi, həmkarlar ittifaqının fəaliyyəti, görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verildi. Eyni zamanda, bağçanın ilk həmkarlar ittifaqı sədri Gültəkin xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik etdik, uzun ömür, möhkəm can sağlığı və fəaliyyətində yeni uğurlar arzuladıq.

Görüş iştirakçıları belə tədbirlərin kollektiv arasında həmrəyliyin güclənməsinə, əməkdaşlar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğuladılar. Bildirildi ki, həmkarlar ittifaqı nümayəndələrinin yerlərdə kollektivlərlə birbaşa görüşlər keçirməsi üzvlər tərəfindən böyük razılıqla qarşılanır və bu cür görüşlər insanların fəaliyyətə olan inamını daha da artırır. Kollektiv tərəfindən ölkəmizdə təhsil sahəsinə, eləcə də həmkarlar ittifaqlarının fəaliyyətinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirildi. Bu istiqamətdə həyata keçirilən müsbət dəyişikliklərə görə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq ifadə olundu.

Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın rəhbərliyinə də təşəkkürlərini bildirən kollektiv üzvləri qeyd etdilər ki, təhsil işçilərinə göstərilən diqqət, qayğı və sosial dəstək hər bir əməkdaş tərəfindən yüksək dəyərləndirilir və bu münasibət insanların işinə olan motivasiyasını daha da artırır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: