“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Həyat Əhmədovanın 80 illik yubileyi qeyd olunub

11/10/2026, 15:18
xeber1

Pedaqoji fəaliyyətini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Həyat Əhmədovanın 80 illik yubileyi münasibətilə ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyi yubilyarı evində ziyarət edib.

Görüş zamanı Həyat Əhmədovanın mənalı ömür yolu, uzunillik pedaqoji fəaliyyəti və təhsil sahəsinə verdiyi töhfələr xüsusi ehtiramla yad edilib. Qeyd olunub ki, müəllimlik yalnız bilik öyrətmək deyil, həm də şəxsiyyət formalaşdırmaq, mənəvi dəyərləri aşılamaq və gələcək nəsillərin inkişafına istiqamət vermək kimi ali missiyanı özündə ehtiva edir.

Bildirilib ki, müəllimin əsl uğuru yalnız öyrətdiyi biliklərlə deyil, yetirmələrinin həyatında qoyduğu izlə, aşıladığı dəyərlərlə və qazandığı hörmətlə. ölçülür.

Uzun illər çalışdığı Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki-təbiət təmayüllü liseyin kollektivi və məzunları tərəfindən ona ünvanlanan təbriklər, xoş arzular onun həyat və əmək yoluna göstərilən ehtiramın ifadəsinə çevrilib.

Görüşün sonunda komitə sədri Aynur Əsgərova yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və doğmalarının əhatəsində xoşbəxt günlər arzulayıb. Yubilyarla xatirə şəkilləri çəkdirilib.

Həyat Əhmədovanın 80 illik yubileyi bir daha xatırladır ki, müəllimlik fəaliyyəti illərlə ölçülən bir peşə deyil, insan talelərində yaşamağa davam edən mənəvi bir missiyadır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: