Xəbərlər
Heydər Əliyev 102. Voleybol yarışı

07 aprel 2025-ci il tarixdə ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə 90 nömrəli tam orta məktəbin idman zalında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci il dönümünə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin ittifaq üzvləri arasında idman yarışlarına start verildi.İlk öncə Ümumilli Lider Heydər Əliyevin və vətən uğrunda şəhid olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi,Dövlət Himni səsləndirildi. Yarışlar qadın voleybol komandalarının iştirakı ilə davam etdi.Yarışda 7 komanda iştirak etdi. Yekunda 90 nömrəli tam orta məktəbin komandası 1-ci yeri,307 nömrəli tam orta məktəbin komandası 2-ci yer 28 nömrəli tam orta məktəbin komandası isə 3-cü yeri tutdular. Bizdə rayon komitəsi adından qalibləri təbrik edir gələcək yarışlarda uğurlar arzulayırıq.













