Xəbərlər
Heydər Əliyev-103
12 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarının rayon turunun keçirilməsi üçün təşkilat komitəsi və yarışları idarə edəcək hakimlərlə birgə fikir mübadiləsi aparıldı.ETİHİ Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov yarışların keçirilməsinin mahiyəti barədə məlumat verdi.ETİHİ Sabunçu Rayon Komitəsinin Böyük mütəxəssisi yarışların keçirilməsinə məsul şəxs Ramik Xudiyev məlumat verərək bildirdi ki,ilk təşkilatlarda keçirilən yarışların qaliblərinin və komandaların sifarişləri əsasında rayon turunun keçirilməsi üçün bütün şərait yaradılıb.Geniş müzakirələrdən sonra yarışların keçirilməsi üçün müvafiq yerlər təyin olundu.Hər bir yarışı idarə edəcək hakimlər müəyyən olundu.Hakimlərə müvafiq tapşırıqlar verildi.



