“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Heydər Əliyev – 103” kuboku uğrunda “Breyn rinq” intellektual oyunu üzrə turnir keçirilmişdir

05/05/2026, 15:12
xeber1

Quba rayonunda “Heydər Əliyev – 103” kuboku uğrunda “Breyn rinq” intellektual oyunu üzrə turnir keçirilmişdir.

06 may 2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyəti, YAP Quba rayon Təşkilatı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon Komitəsi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – 103” kuboku uğrunda “Breyn rinq” intellektual oyunu üzrə turnir təşkil olunmuşdur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən natiqlər turnir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışlar. Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs olunmuş, belə intellektual yarışların gənclər və əmək kollektivləri arasında milli dəyərlərin təbliği, bilik yarışına marağın artırılması və komanda ruhunun formalaşdırılması baxımından əhəmiyyəti vurğulanmışdır. Turnirdə rayonun müxtəlif idarə və müəssisələrini təmsil edən 10 komanda iştirak etmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən Quba Dövlət Sosial-İqtisadi Kollecinin komandası birinci yeri qazanaraq qalib elan edilmişdir. Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılmış, sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: