“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Heydər Əliyev məktəblilərin gözü ilə adlı inşa müsabiqəsi qaliblərinin təltifolunma mərasimi keçirilib

05/05/2026, 12:02
xeber1

05 may 2026-cı il tarixdə Qax rayonunda "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Təltifolunma mərasimində Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, icra hakimiyyəti nümayəndələri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr və müavinləri, Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb bölməsinin sədri Əlmaniz Ələkbərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon(şəhər) komitələrinin sədrləri, müəssisə rəhbərləri və qalib şagirdlər iştirak etmişlər.

​ Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və təhsilalanların bilik səviyyəsininin artırılmasıdır. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyəti, təhsil sahəsindəki misilsiz xidmətləri barədə geniş məlumat vermişlər.

​ Qalib şagirdlərə diplom və hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: