Xəbərlər
“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” IX Beynəlxalq elmi konfrans keçirilib
15/05/2026, 15:51

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” IX Beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılışından əvvəl Azərbaycan Dillər Universitetinin kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.







