Xəbərlər
Heydər Əliyev102. Stolüstü tennis yarışı

14 aprel 2025-ci il tarixdə ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə Sosial İqtisadi Kollecinin idman zalında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin ittifaq üzvləri arasında stolüstü tennis yarışları keçirildi.Yarışdan öncə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndiriləndən sonra yarışlara start verildi.Yarışlarda 16 təşkilatın nümayəndəsi iştirak etdi. Yarışın sonunda qadınlar arasında 1 ci yeri 72 nömrəli tam orta məktəbin, 2 ci yeri 107 nömrəli tam orta məktəbin, 3 cü yeri isə 311 nömrəli tam orta məktəbin, kişilər arasında 1 ci yeri 271 nömrəli tam orta məktəbin, 2 ci yeri Sosial İqtisadi Kollecinin, 3 cü yeri isə 311 nömrəli tam orta məktəbin müəllimləri tutdular. Bizdə ATİAHİ Sabunçu rayon komitəsi adından qalibləri təbrik edir gələcək yarışlarda uğurlar arzulayırıq.




















