“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan idman yarışlarının təşkili müzakirə olunub

17/02/2026, 11:14
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhərinin təhsil müəssisələrinin işçiləri arasında keçiriləcək idman yarışlarının təşkili ilə bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri üzrə rayon komitələrinin sədrləri və təşkilat komitələrinin üzvlərinin iştirakı ilə görüş keçirilib.


Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə və komitənin məsul əməkdaşları iştirak edib. İdman yarışlarının formatı, növləri, keçirilmə qrafiki, qeydiyyat prosesi, hakimlərin təyinatı, təhlükəsizlik və tibbi təminat məsələləri müzakirə olunub.


Rayon komitələrinin sədrləri yerlərdə görülən hazırlıq işləri barədə məlumat verib, təkliflərini təqdim ediblər. Sonda qarşıdakı vəzifələr müəyyənləşdirilib, təqdim olunan təkliflər əsasında yekun fəaliyyət planının hazırlanması və yarışların yüksək səviyyədə təşkili qərara alınıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: