Xəbərlər
Heydər Əliyevin 103 illiyinə həsr olunan müsabiqədə Xəzər rayonunun şagirdi fərqləndi
12/05/2026, 13:15

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində Xəzər rayonu 216 nömrəli tam orta ümumtəhsil məktəbinin XI “b” sinif şagirdi Babazadə Zəhranur III yerə layiq görülmüşdür.
Müsabiqədə ölkə üzrə ümumilikdə 3181 şagird iştirak etmiş, onların arasından 33 nəfər qalib müəyyən olunmuşdur. Qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.
Müsabiqə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilmişdir.












