Xəbərlər
Heydər Əliyevin 103 illiyinə həsr olunan Şahmat və dama yarışların qalibləri mükafatlandırıldı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat və dama idman yarışlarında qalib gələn təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə 272 saylı tam orta məktəbdə baş tutan tədbirdə rayonun ümumi təhsil müəssisələrində çalışan müəllimlər və komitə nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən komitənin sədri Sübut Əsədov qeyd edib ki, həmkarlar ittifaqları təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, onların ictimai və idman fəaliyyətində fəal iştirakını da daim diqqətdə saxlayır və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edir.
ETİHİ Nizami RK -nin sədri Sübut Əsədov, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, onları Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib.













