Xəbərlər
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həs olunmuş şahmat yarışı.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin təşkilatçılığı ilə 04.04.2026- cı il tarixində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Kəlbəcər rayon ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında şahmat yarışı yüksək səviyyədə təşkil olunmuşdur.
Yarışda ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova və komitənin mütəxəssisi Zahid Kazımov iştirak etmişdilər. Təhsil işçilərinin fəal iştirakı ilə keçirilən yarış yüksək təşkilatçılıq səviyyəsində, sağlam rəqabət və qarşılıqlı hörmət şəraitində baş tutmuşdur. İştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.
Yarışın yekununda qaliblər müəyyən olunmuşdur. Yarışda I, II və III yerlərə layiq görülən iştirakçılar müvafiq olaraq pul mükafatı və fəxri fərmanla təltif olunacaqlar. Tədbirin sonunda belə yarışların mütəmadi keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Qaliblərimizi təbrik edir, yeni uğurlar arzulayırıq!






